Prezidentin Gəncəyə təyin etdiyi yeni icra başçısı kimdir?
28
avq
2018
15:53
Prezident İlham Əliyevin sərəncamı ilə Niyazi Müzəffər oğlu Bayramov Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.BAKU.WS Gəncə şəhərinə təyin olunan yeni icra başçısı ilə bağlı bəzi məlumatları oxuculara təqdim edir: Niyazi Müzəffər oğlu Bayramov 1956-cı il martın 26-da Bakı şəhərində anadan olmuşdur. 1980-ci ildə Bakı Dövlət Universitetini bitirib, ixtisasca hüquqşünasdır. 1980-1986-cı illərdə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü kimi 4 saylı Hüquq məsləhətxanasında vəkil işləyib.1986-1992-ci illərdə Səbail Rayon İcra Hakimiyyətində şöbə müdiri, 1992-1995-ci illərdə Səbail Rayon İcra Hakimiyyəti Başçısının müavini, 1995-1997-ci illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri yanında İnspeksiyanın rəisi, 1997-2001-ci illərdə Gəncə Şəhər Gömrük İdarəsinin rəisi, Dövlət Gömrük Komitəsində Baş İdarə Rəisinin müavini, 2009-2012-ci illərdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin, 2012-ci ildə Sumqayıt Regional Mərkəzinin rəisi, 2012-2018-ci illərdə isə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2018-ci il tarixli Sərəncamı ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.Yeni Azərbaycan Partiyasının üzvüdür. Qarabağ müharibə iştirakçısıdır. Polkovnikdir.Ailəlidir, 2 övladı var.BAKU.WS
Oxşar xəbərlər
İlham Əliyev yeni icra başçıları təyin etdi
Prezident İlham Əliyev Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.BAKU.WS xəbər verir ki, sərəncama əsasən İbrahim Ənv...