Sabah Milli Məclis toplanır - 18 məsələ müzakirə olunacaq - SİYAHI
04
mar
2019
20:02
Martın 5-də Milli Məclisin növbəti plenar iclası keçiriləcək.Parlamentin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, iclasın gündəliyinə 18 məsələ daxildir.Əvvəlcə Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsi dinləniləcək. Sonra deputatlar “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Reklam haqqında”, “Gənclər siyasəti haqqında” qanunlarda, Cəzaların İcrası və İnzibati Xətalar məcəllələrində dəyişikliklər edilməsi barədə qanun layihələrinə üçüncü oxunuşda baxacaqlar.Sonra Şəhərsalma və Tikinti, Torpaq məcəllələrinə, “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında”, “Pasportlar haqqında” qanunlara dəyişiklik edilməsi barədə qanun layihələri, həmçinin “Özəlləşdiriləcək dövlət əmlakının (müəssisələrinin) 2019-cu il 1 mart tarixinə mövcud olan əmlak və torpaq vergiləri üzrə borclarının tənzimlənməsi haqqında” qanun layihəsi müzakirə olunacaq.Plenar iclasda, həmçinin “İpoteka haqqında”, “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Telekommunikasiya haqqında” qanunlara, İnzibati Xətalar, Mülki Prosessual və Cinayət məcəllələrinə dəyişiklik edilməsi haqqında qanun layihələri ikinci oxunuşda müzakirə olunacaq.BAKU.WS
Oxşar xəbərlər
İlkin hərbi qeydiyyata alınan vətəndaşların sənədləri onlayn qəbul ediləcək
Yanvarın 17-də Milli Məclisin (MM) Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin yaz sessiyasında ilk iclası keçirilib.MM sədrinin birinci müavi...