İlkin hərbi qeydiyyata alınan vətəndaşların sənədləri onlayn qəbul ediləcək
17
yan
2019
21:53
Yanvarın 17-də Milli Məclisin (MM) Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin yaz sessiyasında ilk iclası keçirilib.MM sədrinin birinci müavini, adıçəkilən komitənin sədri Ziyafət Əsgərov gündəlikdəki məsələlər barədə məlumat verərək, bildirib ki, gündəliyə “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda, Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”ndə, “Azərbaycan Respublikasının “Sərhəddə fərqlənməyə görə” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında”, “Azərbaycan Respublikasında dövlət dili haqqında” qanunlarda və Seçki Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihələri daxildir.Z.Əsgərov deyib ki, dəyişikliklər və əlavələr uyğunlaşma xarakterlidir.“Belə ki, 2016-cı il sentyabrın 26-da keçirilən referendumla Konstitusiyamıza xeyli dəyişikliklər və əlavələr edildi. Onlardan biri də Konstitusiyanın 9-cu maddəsində edilən dəyişiklik idi.Həmin maddəyə müvafiq olaraq 2017-ci ilin dekabrına “Silahlı Qüvvələr haqqında” qanun qəbul edildi, eyni zamanda, “Sərhəd Qoşunları haqqında” Qanunun əsasında yeni “Sərhəd mühafizə orqanları haqqında” qanun qəbul olundu.Hazırda göstərilən dəyişikliklər hər iki qanuna uyğunlaşma xarakteri daşıyır”, – deyən Z.Əsgərovun sözlərinə görə, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə görə isə sənədin 6.4-cü maddəsindən sonra “Bu Qanunun 6.4.1-ci maddəsində nəzərdə tutulmuş sənəd üzrə məlumatların elektron informasiya sistemindən əldə edilməsi mümkün olduğu hallarda həmin sənəd vətəndaşlardan tələb olunmur” məzmunlu qeyd əlavə ediləcək.Həmçinin, bildirilib ki, sənədə edilən dəyişikliklər ilkin hərbi qeydiyyata alınan 16 yaşından yuxarı vətəndaşlardan tələb olunan sənədlərin onlayn qaydada qəbul edilməsi qaydalarını tənzimləyəcək.Deputatlar qanun layihələrini MM-in plenar iclasına tövsiyə ediblər.BAKU.WS
Oxşar xəbərlər
Prezident Əsasnaməni təsdiqlədi
Prezident İlham Əliyev “Azərbayсan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqları və sərhəd hərbi dəniz bayraqları haqqında Əsasnamə”ni təsdiq edib.BAKU...