Milli Məclis 25 qanuna dəyişiklik layihəsini təsdiqləyib
15
dek
2017
17:55
Milli Məclisin bu gün keçirilən plenar iclasında 25 qanuna dəyişiklik layihəsi bir paketdə müzakirəyə çıxarılıb.BAKU.WS “Report”a istinadən xəbər verir ki, dəyişikliklər layihəsi barədə parlamentin Hüquqs siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əli Hüseynli məlumat verib.O bildirib ki, bunlar “Rəsmi statistika haqqında", "Həmkarlar ittifaqları haqqında", "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam nizamnaməsi", "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi", "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin daxili xidmət nizamnaməsi", "Meliorasiya və irriqasiya haqqında", "Toxumçuluq haqqında", "Məhkəmələr və hakimlər haqqında", "Yol hərəkəti haqqında", "İstehsalat və məişət tullantıları haqqında", "Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında", "Heyvanlar aləmi haqqında", "Polis haqqında", "Prokurorluq haqqında", "Dövlət məhkəmə ekspertizasi fəaliyyəti haqqında", "Vəkillər və vəkillik fəaliyyəti haqqında", "Kütləvi informasiya vasitələri haqqında", "Taxıl haqqında", "İcra haqqında", "Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə", "Televiziya və radio yayımı haqqında", "Lotereyalar haqqında", "Uşaqların icbari dispanserizasiyası haqqında", "Torpaqların münbitliyi haqqında", "Avtomobil yolları haqqında", "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında", "Avtomobil nəqliyyatı haqqında" qanuna dəyişiklik layihələridir.Komitə sədri deyib ki, həmin qanunlar İnzibati Xətalar Məcəlləsinə uyğunlaşdırılır.Dəyişiklik layihələri səsverməyə çıxarılaraq qəbul edilib.BAKU.WS
Oxşar xəbərlər
Hərbi çağırışçıların və hərbi vəzifəlilərin qeydiyyatını aparan qurumlar dəyişdirildi
Azərbaycanda hərbi çağırışçıların və hərbi vəzifəlilərin qeydiyyatını aparan qurumlar dəyişdirilib.BAKU.WS “Report”a istinadən xəbər verir ki, Milli Məclisin bu...