Deputatlar bu gün toplaşır - 20 məsələ müzakirə ediləcək
24
apr
2018
11:27
Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.BAKU.WS Trend-in məlumatına istinadən xəbər verir ki, iclasda ilk öncə "Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Konstitusiyasının Qanununa baxılacaq.Daha sonra İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) illik məruzəsi dinləniləcək və müzakirə ediləcək. Bundan əlavə, "Peşə təhsili haqqında" qanun layihəsi üçüncü oxunuşda, o cümlədən İnzibati Xətalar Məcəlləsinə, Cinayət Məcəlləsinə, Vergi Məcəlləsinə, "Dövlət qulluğu haqqında", "Əmək pensiyaları haqqında", "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" və digər qanunlara əlavə və dəyişikliklər müzakirəyə çıxarılacaq.Ümumilikdə iclasın gündəliyinə 20 məsələ daxildir.BAKU.WS
Oxşar xəbərlər
Milli Məclis toplanır - 19 məsələyə baxılacaq
Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.BAKU.WS xəbər verir ki, iclasın gündəliyinə 19 məsələ daxildir.1. "Azərbaycan Respublikası Hökuməti ilə...