Orta məktəblər haqqında qanun layihəsi hazırlanacaq

30
yan
2018
22:44
Milli Məclisin Elm və təhsil komitəsi bu il Orta ümumtəhsil məktəbləri haqqında qanun layihəsi hazırlayacaq.BAKU.WS-in məlumatına görə, bu barədə Trend-ə Milli Məclisin Elm və təhsil komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli məlumat verib.O bildirib ki, Elm və təhsil komitəsi artıq "Peşə təhsili haqqında" qanun layihəsi üzərində işi tam başa çatdırıb: "Bu layihə bir neçə dəfə beynəlxalq ekspertlərin iştirakı ilə də müzakirə edilərək təkmilləşdirilib. Layihə artıq MM-in plenar iclasına tövsiyə edilib. MM-in bu günlərdə başlayacaq yaz sessiyasında ilk iclaslarının birində "Peşə təhsili haqqında" qanun layihəsi deputatların müzakirəsinə veriləcək".İ.Həbibbəyli əlavə edib ki, yeni qanun layihəsinin hazırlanmasına "Peşə təhsili haqqında" qanun layihəsinin 1-ci və 2-ci oxunuşda müzakirəsi keçirildikdən sonra başlanacaq:"Yəqin ki, biz yaz aylarında "Orta ümumtəhsil məktəbləri haqqında" qanun layihəsinin hazırlanması üçün ilkin işlərə başlayacağıq".BAKU.WS

Oxşar xəbərlər
Peşə təhsilini bitirənlərə hərbi xidmətdən möhlət hüququ verilir
Azərbaycanda peşə təhsili alanlara növbəti təhsil pilləsinə keçmək üçün həqiqi hərbi xidmətdən möhlət hüququ veriləcək.APA-nın məlumatına görə, bu, Milli Məclis...