Ali məktəbə qəbul ola bilməyən gənclər üçün ŞAD XƏBƏR
Milli Məclisin Elm və təhsil komitəsində "Təhsil haqqında” qanunda dəyişikliklər edilməsi barədə layihə müzakirəyə çıxarılıb.
Milli Məclisin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli bildirib ki, layihə ölkənin ali təhsil sistemində bakalavriat səviyyəsində bir illik ödənişli hazırlıq qruplarının təşkilini nəzərdə tutur. Məqsəd ölkədə ali məktəblərə qəbul oluna bilməyən gənclərin xaricə axınının qarşısını almaq və bilik səviyyəsinin artırılmasına yardım etməkdir.
Layihəyə əsasən hazırlıq qruplarında tədrisin sonunda keçirilən buraxılış imtahanlarında müvəffəqiyyət qazanan tələbələr ali təhsil müəssisələrinin birinci kursuna qəbul olunacaqlar. Müzakirə zamanı deputatlar rəy və təkliflərini diqqətə çatdırıblar. Yekunda "Təhsil haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.
BAKU.WS
Oxşar xəbərlər
Tələbələr üçün XƏBƏR: Təqaüdlərin artırılmasına dair sərəncama dəyişilik olunub
Prezident İlham Əliyev "Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin art...