Artur Rasi-zadə Milli Məclisdə - 2018-ci ilin büdcəsi müzakirə ediləcək
21
noy
2017
12:35
Milli Məclisin plenar iclasında 2018-ci ilin büdcə zərfinin müzakirəsinə başlanılıb.BAKU.WS APA-ya istinadən xəbər verir ki, iclası spiker Oqtay Əsədov açıq elan edib.İclasda baş nazir Artur Rasizadə olmaqla hökumət nümayəndələri iştirak edir.İclasda həmçinin, Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi, İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsi, 2018-ci il üçün ehtiyac meyarının həddi, 2018-ci il üçün yaşayış minimumu haqqında, o cümlədən Milli Məclis və Hesablama Palatasının 2018-ci il üçün xərclər smetaları, Vergi Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, "Sığorta fəaliyyəti haqqında", "Qiymətli kağızlar bazarı haqqında" və "Poçt haqqında" qanuna dəyişikliklərlə bağlı qanun layihələri müzakirə ediləcək.Plenar iclasın yekununda 2018-ci ilin dövlət və icmal büdcəsi layihələrinin təsdiq ediləcəyi gözlənilir.Qeyd edək ki, müzakirələr noyabrın 23-dək davam edəcək.BAKU.WS
Oxşar xəbərlər
"İctimai binaların tikintisi zamanı əlillərin hərəkəti üçün şərait yaradılsın" - Nazir
“Müvafiq qurumlara məktublar göndərdik ki, ictimai binaların tikintisi zamanı əlillərin hərəkəti üçün şərait yaradılsın, panduslar qoyulsun”.BAKU.WS “Report”-a...