Əhaliyə şad xəbər - Azərbaycanda pensiya artacaq
03
noy
2017
14:00
Azərbaycanda 2018-ci ildə orta aylıq pensiya məbləğinin 216,5 manata çatacağı proqnozlaşdırılır. Bu da 2017-ci ilin gözlənilən proqnozu ilə müqayisədə 7,6 manat və ya 3,6%, 2016-cı ilin faktiki göstəricisi ilə müqayisədə isə 24,3 manat və ya 12,6% çoxdur.BAKU.WS “Report”a istinadla bildirir ki, bu barədə növbəti ilin büdcə layihəsində qeyd edilib.Həmçinin, gələn il əmək pensiyaçıları üçün yaşayış minimumu 144,0 manat nəzərdə tutulub ki, bu da 2017-ci ilin gözlənilən nəticəsi ilə müqayisədə 13,8 manat və ya 10,6%, 2016-cı ilin faktiki göstərici ilə müqayisədə 21 manat və ya 17,0% artım deməkdir.Layihəyə əsasən, əmək pensiyaçılarının 2018-ci ilin sonuna 1 304,1 min nəfər olacağı gözlənilir. 2017-ci ilin sonuna bu göstəricinin 1 311,0 min nəfər olması ehtimal olunur.Qeyd edək ki, inflyasiyanın 2018-ci ildə 6,1%, 2019-cu ildə 4,3%, 2020-ci və 2021-ci illərdə 3,1% təşkil edəcəyi proqnozlaşdırılır. Bu göstərici 2017-ci ildə 13,2% gözlənilir.BAKU.WS
Oxşar xəbərlər
Gələn il üçün yaşayış minimumu və ehtiyac meyarı AÇIQLANDI
Azərbaycanda 2018-ci il üçün ehtiyac meyarının yuxarı həddi müəyyənləşib."APA-Economics" xəbər verir ki, bununla bağlı müvafiq qanun layihəsi Milli Məclisə daxi...