Gələn il üçün yaşayış minimumu və ehtiyac meyarı AÇIQLANDI

Gələn il üçün yaşayış minimumu və ehtiyac meyarı AÇIQLANDI
İqtisadiyyat 4365
Azərbaycanda 2018-ci il üçün ehtiyac meyarının yuxarı həddi müəyyənləşib."APA-Economics" xəbər verir ki, bununla bağlı müvafiq qanun layihəsi Milli Məclisə daxil olub.Qanun layihəsinə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə gələn il üçün ehtiyac meyarının yuxarı həddi 116 manat məbləğində müəyyən edilib.Bununla yanaşı, 2018-ci il üçün yaşayış minimumunun ölkə üzrə 173 manat, əmək qabiliyyətli əhali üçün 183 manat, pensiyaçılar üçün 144 manat, uşaqlar üçün 154 manat müəyyən edilməsini nəzərdə tutan qanun layihəsi də parlamentə daxil olub.Qanun layihələri Milli Məclis tərəfindən qəbul olunduqdan sonra sənədlər təsdiqlənməsi üçün prezidentə göndəriləcək.Hər iki qanun 2018-ci ilin yanvarın 1-dən qüvvəyə minir.BAKU.WS

Oxşar xəbərlər

İşsizlərə ŞAD XƏBƏR: Fond yaradılır

İşsizlərə ŞAD XƏBƏR: Fond yaradılır

Milli Məclisin bu gün keçirilən plenar iclasında "İşsizlikdən sığorta haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb. BAKU.WS-in APA-ya istinadən verdiyi...

3848 Sosial 20:15 13 iyun 2017

Son xəbərlər