"İctimai binaların tikintisi zamanı əlillərin hərəkəti üçün şərait yaradılsın" - Nazir
15
noy
2017
12:55
“Müvafiq qurumlara məktublar göndərdik ki, ictimai binaların tikintisi zamanı əlillərin hərəkəti üçün şərait yaradılsın, panduslar qoyulsun”.BAKU.WS “Report”-a istinadən xəbər verir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Milli Məclisdə “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.Nazir deyib ki, “Əlillərin sosial təminatı haqqında” qanuna dəyişikliklər hazırlanıb: “Hazırda layihəyə Prezident Administrasiyasında baxılır. Yaxın vaxtlarda müzakirəyə çıxarıla bilər”.BAKU.WS
Oxşar xəbərlər
Nazir: “Azərbaycanda ünvanlı sosial yardım ləğv ediləcək”
“Yaxın 6-7 il ərzində ünvanlı sosial yardımın ləğv edilməsi nəzərdə tutulur. Bununla bağlı ünvanlı sosial yardımlar alan ailələr üçün özünüməşğulluq proqramları...