Səlim Müslümovdan pensiyaçılara YENİ XƏBƏR

Səlim Müslümovdan pensiyaçılara YENİ XƏBƏR
Sosial 5398
 

"Bu ilin iyununda əmək pensiyası ilə bağlı qüvvəyə minəcək dəyişikliklər indiyədək pensiyaya çıxmış şəxslərə şamil olunmayacaq”.

BAKU.WS Bizimyol-a istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov jurnalistlərə açıqlamasında deyib. 

 Nazir bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev  "Əmək pensiyaları haqqında qanuna dəyişikliklər edilməsi barədə" qanunun iyunun 1-dən qüvvəyə minməsi barədə müvafiq sərəncam imzalayıb.

"Həmin sənədlə bir sıra qaydaların iki ay müddətində hazırlanaraq qüvvəyə minməlidir. Hazırda bunların üzərində nazirlikdə iş gedir. Bu dəyişikliklər indiyədək pensiyaya çıxmış şəxslərə şamil olunmayacaq. Yeni dəyişikliklər iyulun 1-dən sonra pensiyaya çıxacaq şəxslərə aid olacaq”.

BAKU.WS

Son xəbərlər