Ərdoğan İlham Əliyevə məktub göndərib

Ərdoğan İlham Əliyevə məktub göndərib
Siyasət 1125
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğandan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.Təbrikdə deyilir: "Hörmətli cənab Prezident. Əziz Qardaşım. Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə və Sizin simanızda bütün Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.Qardaş Azərbaycanın bütün sahələrdə qazandığı böyük uğurlar və beynəlxalq arenada əldə etdiyi nüfuzlu mövqe Türkiyə üçün də qürur mənbəyidir. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü qeyd edildiyinə görə xüsusi önəm daşıyan 2018-ci ildə ölkənizi regionun lider dövlətlərindən biri kimi görmək bizi həddən artıq sevindirir. Uzaqgörən liderliyiniz sayəsində Azərbaycanın bu nailiyyətlərini artıraraq davam etdirəcəyinə inamımız qətidir.Qısa bir müddətdə strateji səviyyəyə çatan və istər aramızdakı həmrəylik ruhu, istərsə də konkret əməkdaşlığımız baxımından dünyaya nümunə olan münasibətlərimizin daha da güclənməsi istiqamətində qətiyyətli olduğumuzu bir daha vurğulamaq istəyirəm.Fürsətdən istifadə edərək, Zati-alinizə cansağlığı və xoşbəxtlik, dost və qardaş Azərbaycan xalqına əmin-amanlıq və rifah diləklərimi bir daha ifadə edirəm".BAKU.WS

Oxşar xəbərlər

Britaniya kraliçası Azərbaycan prezidentinə  məktub göndərib

Britaniya kraliçası Azərbaycan prezidentinə məktub göndərib

Böyük Britaniya və Şimali İrlandiyanın kraliçası II Elizabet Azərbaycan prezidenti İlham Əliyevə məktub göndərib.BAKU.WS-in məlumatına görə, məktubda deyilir:“C...

3383 Siyasət 19:42 22 may 2018

Son xəbərlər