Ərdoğan: “Azərbaycan Türkiyə üçün böyük qürur mənbəyidir”

Ərdoğan: “Azərbaycan Türkiyə üçün böyük qürur mənbəyidir”
Siyasət 1080
 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə 18 oktyabr - Müstəqillik Günü münasibətilə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, əziz Qardaşım.

18 Oktyabr – dövlət müstəqilliyinin 25-ci ildönümü münasibətilə Zati-alinizə və qardaş Azərbaycan xalqına millətim adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırıram.

1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra hər il inkişaf edən və güclənən Azərbaycanın bu gün beynəlxalq miqyasda tutduğu mötəbər yer Azərbaycan üçün olduğu qədər, Türkiyə üçün də böyük qürur mənbəyidir. Ümummilli lider Heydər Əliyevin və şəxsən Sizin müdrik rəhbərliyinizin bu uğurda böyük rol oynadığı şübhəsizdir. Müstəsna əlaqələrə malik ölkələrimiz arasında əməkdaşlıq və həmrəyliyin qarşıdakı dövrdə də güclənib inkişaf edəcəyinə inanır, qardaş Azərbaycana lazım olan hər cür dəstəyi göstərməyə davam edəcəyimizi xüsusi vurğulamaq istəyirəm.

Bu xoş fürsətdən istifadə edib, Zati-aliləri, əziz Qardaşıma cansağlığı və xoşbəxtlik, dost və qardaş Azərbaycan xalqına bir daha əmin-amanlıq və rifah arzularımı çatdırıram".

BAKU.WS

Oxşar xəbərlər

Ərdoğan İlham Əliyevə zəng edib

Ərdoğan İlham Əliyevə zəng edib

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. BAKU.WS Prezidentin Mətbuat X...

1382 Siyasət 10:39 13 sentyabr 2016

Son xəbərlər