Putindən İlham Əliyevə təbrik

Putindən İlham Əliyevə təbrik
Siyasət 1367

Rusiya prezidenti Vladimir Putin Azərbaycan dövlət başçısı İlham Əliyevi sabahki doğum günü münasibəti ilə təbrik edib. 

BAKU.WS təbrikin mətnini təqdim edir: 

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu,

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Azərbaycan Sizin rəhbərliyiniz ilə sosial-iqtisadi inkişaf yolunda inamla irəliləyir, regional və beynəlxalq gündəlikdəki mühüm məsələlərin həllində fəal rol oynayır.

Siz bizim ölkənin əsl dostu kimi, müxtəlif sahələrdə qarşılıqlı faydalı Rusiya-Azərbaycan əməkdaşlığının möhkəmlənməsinə böyük şəxsi töhfə verirsiniz. Ümidvaram ki, Sizinlə yoldaşcasına ünsiyyətimiz və ölkələrimizin qardaş xalqlarının rifahı naminə sıx birgə işimiz davam edəcək.

Sizə və ailənizə möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq, uğurlar diləyir, ən xoş arzularımı bildirirəm.

Hörmətlə,

BAKU.WS

Oxşar xəbərlər

Putin, Lukaşenko və Marqvelaşvilidən İlham Əliyevə başsağlığı mesajı

Putin, Lukaşenko və Marqvelaşvilidən İlham Əliyevə başsağlığı mesajı

Dekabrın 6-da Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. BAKU.WS-in məlumatına görə, Gü...

1558 Siyasət 19:06 06 dekabr 2015

Son xəbərlər