İlham Əliyev İslam Kərimova təbrik məktubu göndərdi

İlham Əliyev İslam Kərimova təbrik məktubu göndərdi
Siyasət 1414

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti İslam Kərimova təbrik məktubu ünvanlayıb.

BAKU.WS-in məlumatına görə, təbrik məktubunda deyilir:

"Hörmətli İslam Abduqəniyeviç,

Özbəkistanın milli bayramı – Müstəqillik günü münasibətilə ən səmimi təbriklərimi və xoş arzularımı qəbul edin.

Sizin rəhbərliyinizlə qardaş Özbəkistan dövlətçiliyin və hüquqi qaydanın möhkəmlənməsində, sosial-iqtisadi inkişafda böyük uğurlar qazanıb.

Əminəm ki, xalqlarımız arasında dərin tarixi köklərə malik olan ənənəvi dostluq, qarşılıqlı dəstək münasibətləri bundan sonra da Azərbaycan-Özbəkistan əməkdaşlığının və tərəfdaşlığının dinamik inkişafı və dərinləşməsi üçün etibarlı təməl olacaq.

Hörmətli İslam Abduqəniyeviç, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, qardaş Özbəkistan xalqına sülh və firavanlıq diləyirəm”.

BAKU.WS

Oxşar xəbərlər

İlham Əliyevdən Obamaya məktub

İlham Əliyevdən Obamaya məktub

Azərbaycan prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obamaya məktub ünvanlayıb. BAKU.WS-in məlumatına görə, məktubda deyilir:...

1018 Siyasət 10:40 04 iyul 2016

Son xəbərlər