Azərbaycanlı milyarder Vahid Ələkbərov İlham Əliyevi təbrik etdi
"LUKOYL” Neft Şirkətinin prezidenti Vahid Ələkbərov Azərbaycan prezidenti İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib.
BAKU.WS-in məlumatına görə, təbrik məktubunda deyilir:
Doğum gününüz münasibətilə ən xoş və səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.
Rusiyada Siz cəmiyyətdə mütərəqqi dəyişikliklər və iqtisadiyyatda bazar islahatları keçirilməsinin ardıcıl tərəfdarı kimi yaxşı tanınırsınız. Azərbaycan Prezidenti vəzifəsində işləyərkən Siz öz həmvətənlərinizin dərin hörmətini və xaricdə böyük nüfuz qazanmısınız.
Sizin rəhbərliyiniz ilə konstruktiv siyasət yürüdülməsi dövlətlərarası münasibətlərin və qarşılıqlı faydalı ticari-iqtisadi əməkdaşlığın inkişafına əlverişli şərait yaradır. Bu gün Azərbaycanda xarici şirkətlərin ölkə bazarına cəlb olunmasına kömək edən münbit investisiya mühiti yaranıb.
Fürsətdən istifadə edərək, ölkənizdə "LUKOYL”un fəaliyyətinə göstərdiyiniz dəstəyə görə Sizə səmimi minnətdarlığımı bildirmək və Sizi Azərbaycandan olan tərəfdaşlarla əməkdaşlığı Azərbaycan və Rusiya xalqlarının rifahı naminə inkişaf etdirməyə daim hazır olduğumuza əmin etmək istərdim.
Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, böyük şəxsi səadət və ali dövləti vəzifənizdə yeni-yeni uğurlar arzu edirəm.
BAKU.WS
Oxşar xəbərlər
Putindən İlham Əliyevə təbrik
Rusiya prezidenti Vladimir Putin Azərbaycan dövlət başçısı İlham Əliyevi sabahki doğum günü münasibəti ilə təbrik edib. BAKU.WS təbrikin mətnini təqdim edir:...