Azərbaycanlı milyarder pul kolleksiyasını nümayiş etdirdi (FOTO)
Azərbaycanlı milyarder, "Lukoyl" şirkətinin prezidenti Vahid Ələkbərovun Moskvada numizmatika muzeyində sikkələrinin kolleksiyası təqdim edilib.
BAKU.WS-in məlumatına görə, V.Ələkbərov öz kolleksiyasını düz 14 il boyunca yığıb. Numizmatika yalnız sikkələrdən və bu və ya digər ölkələrin pul sistemlərindən danışmır. Bu, həmçinin, dövlətlərin tarixini daha dərin dərk etməyə imkan verir. Azərbaycanlı milyarder hesab edir ki, belə tarixi dəyərlərə yalnız nüfuzlu cəmiyyətin nümayəndələri deyil, həm də bütün arzu edənlər malik olmalıdır.
Muzeydə təqdim edilən sikkələr arasında 1701 və 1711-ci illər istifadə edilən pul vahidlər, 1756-cı ilin rublu, həmçinin I Nikolayın dövründə kəsilmiş pullar var. Ekspozisiyanın digər bir hissəsi — antik sikkələrdən (Qədim Yunanıstanın, Qədim Romanın və Bizans imperiyasının sikkələri) ibarətdir.
Qeyd edək ki, Vahid Ələkbərov — biznesmendir və "Lukoyl" neft şirkətinin prezidentir. O, "Bizim gələcəyimiz" Regional Sosial Proqramları Fondunun təsisçisidir.
ŞAHİN Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Metro sərnişinlərinin nəzərinə
Bu gündən etibatrən Bakı Metropolitenində istifadə edilən "Metrokart”lar tamam ləğv edilir. BAKU.WS-in məlumatına görə, artıq köhnə metrokartlarının istifadə m...