Azərbaycanlı ilk qadın milyarder (FOTO)

Azərbaycanlı ilk qadın milyarder (FOTO)
Şou-biznes 3572

 

"Forbes" jurnalına görə, Afrikanın ən zəngin və nüfuzlu qadını İzabel duş Santuşdur. Onun var-dövləti üç milyard ABŞ dolları həcmində qiymətləndirilir. 

BAKU.WS-in məlumatına görə, İzabel duş Santuş 1973-cü ildə Bakıda dünyaya gəlib. İzabel Anqola sahibkarı və investor, Anqola prezidenti Joze Eduarda duş Santuşun qızıdır. 

İzabel duş Santuş Anqola prezidenti və ölkənin rus əsilli birinci xanımı Tatyana Kukanovoyun ailəsində dünyaya gəlib. 

40 yaşlı İzabel son illərdə bank və kabel televiziyası daxil olmaqla bir neçə Portuqaliya şirkətinin səhmlərini alıb. Bu səhmlər İzabelin qazancını bir milyard dollara yüksəldib və nəticədə o, Afrikada ilk qadın milyarder olub. 

İzabel ən böyük portuqal kabel televiziya şəbəkəsində 28,8 faiz səhmə malikdir. Onun portuqal bankı BP-də olan 19,5 faizlik səhm paketi 465 milyon dollar həcmində qiymətləndirilir. Həmçinin, Anqolada BİK bankının dörddə biri və "Unitel" telekommunikasiya şirkətinin dörddə biri İzabelə aiddir. 

Prezidentin böyük qızı Londonda oxuyub və orada böyüyüb. "Mayami biç" restoranı onun birinci biznesi olub. İzabel bir neçə dildə danışır. O, kolleksioner Sindika Dikolo ilə ailə qurub. 

BAKU.WS

Son xəbərlər