Rusiya kanalında erməniləri doladılar (VİDEO)

Rusiya kanalında erməniləri doladılar (VİDEO)
Video
Sosial 3257

Rusiyanın Ren TV kanalı saxta erməni tarixi haqqında video material hazırlayıb. 

BAKU.WS-in məlumatına görə, Ermənistan xalqının və dövlət quruluşu qədim misirlilərlə müqayisə olunub. "Hərbi sirr" proqramının aparıcısı İqor Prokopenko olduqca əyləncəli şəkildə ermənilərin saxta tarixini ifşa edib:

"İnanmayacaqsınız, amma bu ermənilər qədim misirlilərə ehramları tikməyi öyrətdilər. Yazıq misirlilər! Musa misirliləri İsrailə aparandan sonra ermənilər İngiltərəyə yola düşdülər. Bəli, düz anladınız, müasir ingilislər – qədim ermənilərin əcdadlarıdır. Mən zarafat etmirəm. Bunlar lətifə deyil, erməni tarixçilərinin sitatlarıdır. İngilis tarixçiləri biləndəki vikinqlərdən deyil, ermənilərdən törəyiblər, onlar xeyli təəccübləndilər və hətta etirazlarını bildirdilər, ancaq artıq gec idi".

İqor Prokopenko hesab edir ki, məhz erməni "tarixçiləri" tarixi saxtalaşdırmaq üçün hər şeyə gediblər. Məsələn, İrəvanda Ermənistanın Milli Tarix muzeyində eksponatlar təqdim edilib. Bu tarixi qalıqlara görə Ermənistanın yaşı təxminən 500 min ildən çoxdur. Belə çıxır ki, ermənilər insan sivilizasiyasının ilk xalqlarındandır. 

"Ermənilər özlərini sivilizasiyanın beşiyi hesab edirlər. Qədim insan heyvanları ovlayan zaman, ermənilər artıq daşları emal edə və misir ehramlarından iki dəfə daha köhnə çoxtonlu monolitləri hərəkətə gətirə bilirdilər. Amma birdən iqlimdə dəyişikliklər oldu və ermənilər isti yerlərdən getməyə məcbur oldu. Beləliklə onlar hətta Britaniyaya çatdılar. Bu "böyük erməni xalqı"nın tarixidir", - deyə İ.Prokopenko söyləyib. 

BAKU.WS 

Oxşar xəbərlər

Ermənilərin Azərbaycana qarşı növbəti təxribatı

Ermənilərin Azərbaycana qarşı növbəti təxribatı

Çinin paytaxtı Pekində Milli İncəsənət Muzeyində təşkil olunan 6-cı Pekin İncəsənət Sərgisində ermənilərin Azərbaycana qarşı təxribatının qarşısı alınıb. Azərb...

1192 Siyasət 11:53 29 sentyabr 2015

Son xəbərlər