12 yaşlı azərbaycanlı "Eurovision"a qatılacaq (VİDEO)
Azərbaycanlı Ruslan Aslanov uşaqlar arasında "Eurovision" mahnı müsabiqəsində Belarusu təmsil edəcək. Ruslan milli seçim turunun finalında qalib gəlib.
Ona Belarus milli seçim mərhələsinin rəmzi olan büllur mikrofon təqdim edilib. Noyabr ayında Bolqarıstanın paytaxtında keçiriləcək uşaq "Eurovision" müsabiqəsinin səhnəsində çıxış etmək hüququ uğrunda 7 solo ifaçı, 1 duet və 2 qrup mübarizə aparıb.
Həm tamaşaçılar, həm də peşəkar münsiflər heyəti 12 yaşlı Ruslanın ifa etdiyi "Ecazkarlıq" ("Volşebstvo") mahnısını digər ifalardan daha üstün hesab ediblər.
Səsvermənin nəticələri elan ediləndən sonra gənc ifaçı sevinc göz yaşlarını saxlaya bilməyib.
Əslən azərbaycanlı olan amma Belarusda yaşayan gənc ifaçı artıq bir neçə beynəlxalq layihədə özünü göstərib. Qazandığı bütün qələbələri əhəmiyyətli hesab edən Ruslan keçən il "Detskaya novaya volna" müsabiqəsində üçüncü yeri tutmasını və "Qolos.Deti" (Ukrayna) müsabiqəsini xüsusi qeyd edib.
Show.az
BAKU.WS
Oxşar xəbərlər
Bakı Olimpiya Stadionu dünyada ilin ən yaxşı və innovativ idman qurğusu elan olunub
Bu ilin martında "Bakı-2015” ilk Avropa Oyunları ərəfəsində istifadəyə verilmiş Bakı Olimpiya Stadionu idman qurğuları kateqoriyasında ilin ən yaxşı layihəsi el...