Putindən İlham Əliyevə təbrik məktubu

Putindən İlham Əliyevə təbrik məktubu
Siyasət 1603

 

Rusiya Federasiyasının prezidenti Vladimir Putin prezident İlham Əliyevə təbrik məktubu göndərib. 

BAKU.WS-in məlumatına görə, məktubda deyilir: 

"Hörmətli İlham Heydər oğlu.

Milli bayramınız – Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.

Azərbaycanın sosial-iqtisadi, elmi-texniki və başqa sahələrdə qazandığı uğurlar hamıya məlumdur. Sizin ölkəniz haqlı olaraq beynəlxalq arenada yüksək nüfuz qazanıb.

Qədim köklərə malik dostluq və mehriban qonşuluq ənənələrinə əsaslanan Rusiya-Azərbaycan münasibətləri yüksək səviyyədədir. Məzmunlu siyasi dialoq qurulub, müxtəlif istiqamətlərdə qarşılıqlı faydalı əməkdaşlıq genişlənir.

Əminəm ki, biz birgə səylərimiz sayəsində ikitərəfli əlaqələrin bütün kompleksinin daha da genişlənməsini, habelə regional və beynəlxalq gündəlikdəki aktual problemlərin həllində qarşılıqlı tərəfdaşlıq əlaqələrini təmin edəcəyik. Bu, ölkələrimizin qardaş xalqlarının köklü mənafelərinə uyğundur.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, əmin-amanlıq və uğurlar, həmvətənlərinizə sülh və firavanlıq diləyirəm".

BAKU.WS

Oxşar xəbərlər

Putindən  Azərbaycan Prezidentinə məktub

Putindən Azərbaycan Prezidentinə məktub

​Vladimir Putin Azərbaycan Prezidentinə məktub yazıb. BAKU.WS məktubun mətnini təqdir edir: Hörmətli İlham Heydər oğlu, Sizi Böyük Vətən müharibəsində Qəl...

2851 Sosial 12:49 09 may 2016

Son xəbərlər