Putindən Azərbaycan Prezidentinə məktub

Putindən  Azərbaycan Prezidentinə məktub
Sosial 2851

​Vladimir Putin Azərbaycan Prezidentinə məktub yazıb.

BAKU.WS məktubun mətnini təqdir edir:  

Hörmətli İlham Heydər oğlu,

Sizi Böyük Vətən müharibəsində Qələbənin 71-ci ildönümü münasibətilə ürəkdən təbrik edirəm.

9 may Rusiyanın və Azərbaycanın ümumi tarixində şanlı gündür. Bu tarix Qələbə naminə döyüş meydanlarında faşizmə qarşı çiyin-çiyinə vuruşmuş və arxa cəbhədə fədakarcasına çalışmış xalqlarımızın birliyinin və misilsiz qəhrəmanlığının əbədi rəmzi olaraq qalacaq. İndiki nəsillərin borcu bu dəhşətli müharibədə həlak olanların parlaq xatirəsini qayğı ilə qoruyub saxlamaq və keçmişin faciəli hadisələrinin təkrarlanmasına yol verməməkdir.

Əminəm ki, zamanın sınağından çıxan dostluq bağları bundan sonra da Rusiya-Azərbaycan strateji əməkdaşlığının möhkəmlənməsinin sarsılmaz təməli olacaq.

Hörmətli İlham Heydər oğlu, xahiş edirəm, ən səmimi minnətdarlıq sözlərimi, cansağlığı, firavanlıq və uzun ömür arzularımı Böyük Vətən müharibəsinin Sizin ölkənizdə yaşayan bütün veteranlarına çatdırasınız.

Hörmətlə,

Vladimir Putin

Rusiya Federasiyasının Prezidenti

BAKU.WS

Oxşar xəbərlər

İlham Əliyevdən həmkarına təbrik məktubu

İlham Əliyevdən həmkarına təbrik məktubu

Azərbaycan prezidenti İlham Əliyev qırğız həmkarı Almazbek Atambayev və Qırğızıstan xalqını Böyük Vətən müharibəsində qazanılan Qələbənin 71-ci ildönümü münasib...

1373 Siyasət 11:17 08 may 2016

Son xəbərlər