İranın xarici işlər naziri Azərbaycana səfər edəcək
29
noy
2017
20:28
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Azərbaycana səfər edəcək.BAKU.WS APA-ya istinadən xəbər verir ki, Tehran bürosunun məlumatına görə, bunu İranın xarici işlər nazirliyinin sözçüsü Bəhram Qasimi deyib. B.Qasimi deyib ki, M.C.Zərif noyabrın 30-da İtaliyada keçiriləcək Aralıq Dənizi Konfransına qatılmaq üçün Romaya səfər edəcək. “Bu konfransda müştərək təhlükəsizlik, mühacirət, mədəniyyət və vətəndaş cəmiyyəti sahələrində müzakirələr aparılacaq. M.C.Zərif italiyalı həmkarının dəvəti ilə bu konfransa qatılıb və orada çıxış edəcək”.İran XİN sözçüsü qeyd edib ki, daha sonra M.C.Zərif cümə günü İtaliyadan Bakıya səfər edəcək. “XİN başçısı Bakıda keçiriləcək Bakıda "Asiyanın ürəyi-İstanbul prosesi" konfransına qatılacaq. Konfrans Əfqanıstan ətrafında baş verən proseslər, regionda sülh və sabitliyi gücləndirmək məqsədi ilə regional əməkdaşlığın artırılması məqsədi ilə keçirilir”.BAKU.WS
Oxşar xəbərlər
Pakistanın xarici işlər naziri Azərbaycana gəlib
Pakistanın xarici işlər naziri Kavaca Məhəmməd Asif Azərbaycana gəlib.BAKU.WS-in məlumatına görə, sabah o, Türkiyə və Azərbaycan xarici işlər nazirləri ilə birg...