Mövlut Çavuşoğlunun Azərbaycana səfəri başlayıb

Mövlut Çavuşoğlunun Azərbaycana səfəri başlayıb
Siyasət 860
Türkiyə xarici işlər naziri Mövlut Çavuşoğlunun Azərbaycana səfəri başlayıb.BAKU.WS-in APA-ya istinadən verdiyi məlumata görə, o, sabah Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Gürcüstan xarici işlər naziri Mixeil Canalidze ilə 6-cı üçtərəfli görüşdə iştirak edəcək.Türkiyəli nazirin Azərbaycan prezidenti İlham Əliyevlə də görüşü gözlənilir.Mixeil Canalidze bu gün axşam saatlarında Bakıya gələcək.Qeyd edək ki, 6-cı üçtərəfli görüşdə əvvəlki görüşlərdə qəbul olunmuş qərarlar nəzərdən keçiriləcək, 3 ölkənin iştirakı ilə regional əməkdaşlıq məsələləri müzakirə olunacaq və sonda “2017-2019-cu illərdə üçtərəfli əməkdaşlıq planı” imzalanacaq.Səfər zamanı nazirlər arasında ikitərəfli görüşlər də baş tutacaq.BAKU.WS

Oxşar xəbərlər

Ərdoğanın Azərbaycana səfəri təxirə salındı

Ərdoğanın Azərbaycana səfəri təxirə salındı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri təxirə salınıb.BAKU.WS-in "Report"a istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə Türkiy...

1347 Siyasət 11:36 30 avqust 2017

Son xəbərlər