İranda silahlı qarşıdurma: Ölənlər var - FOTO

İranın cənub-şərqində yerləşən Sistan və Bəlucistan əyalətində silahlı qarşıdurma olub.
BAKU.WS xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb.
Bununla bağlı informasiya SEPAH-ın “Qüds” qanadının kəşfiyyat və əməliyyat bölmələri ilə ETTELAAT (Kəşfiyyat və Təhlükəsizlik Nazirliyi) əməkdaşlarının birgə bəyanatında qeyd edilib.
Bəyanatda bildirilib ki, hökumət qüvvələri bir silahlı şəxsi həbs edib, iki silahlını isə qətlə yetiriblər. Onlara məxsus silah-sursatın ələ keçirildiyi deyilir.
SEPAH həbs edilən və öldürülənlərin ölkədə terror aktı həyata keçirməyi planlaşdırdıqlarını iddia edib.
Oxşar xəbərlər
İranın Əfqanıstan ilə su davası: Münaqişənin səbəbi nədir? - VİDEO
İran ilə Əfqanıstan arasında sərhəddə yerləşən Hilmənd, yaxud Hirmənd çayının su ehtiyatından istifadə üstündə münaqişə yenidən qızışıb. Artıq neçə gündür ki, h...
