İranın Əfqanıstan ilə su davası: Münaqişənin səbəbi nədir? - VİDEO
İran ilə Əfqanıstan arasında sərhəddə yerləşən Hilmənd, yaxud Hirmənd çayının su ehtiyatından istifadə üstündə münaqişə yenidən qızışıb.
Artıq neçə gündür ki, hər iki ölkənin təmsilçiləri arasında söz atışması davam edir.
Gərginlik ondan başlayıb ki, ötən həftənin sonlarında İran prezidenti İbrahim Rəisi Əfqanıstanla həmsərhəd Sistan və Bəluçistan əyalətinə səfəri zamanı bölgənin su təminatı ilə bağlı Taliban hökumətinə hədələyici tonda müraciət edərək deyib:
“Əfqanıstan hakimiyyətinə demək istəyirəm ki, mənim söylədiklərimə adi baxmasınlar, buna çox ciddi yanaşsınlar. Mən Əfqanıstanın rəsmilərinə və hakimiyyətinə xəbərdarlıq edirəm ki, gecikdirmədən Sistan və Bəluçistan əyaləti və əhalisinin haqqını versinlər”.İran prezidenti Əfqanıstan tərəfdə Hilmənd çayı üzərində tikilmiş bənddə su olmadığı barədə qarşı tərəfin açıqlamalarına münasibət bildirərək əlavə edib:
“Yubanmadan bizim mütəxəssislərə imkan yaradılmalıdır ki, məsələni araşdırsınlar. Əgər bizim mütəxəssislər bunu təsdiq etsələr, çox yaxşı, problem yoxdur, suyun olmamasına biz bir şey demirik. Amma əgər su varsa, Sistan və Bəluçistan əhalisinin payı verilməlidir. Biz əhalinin haqqının pozulmasına heç bir vəchlə imkan vermərik”.
“Azad İran” “Youtube” kanalının mövzu ilə bağlı süjetini təqdim edirik:
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...