Qarabağa qanunsuz səfər edən Nosikin "burnunu ovan" tapılacaqmı?
Rusiyalı bloger Anton Nosik işğal altında olan Dağlıq Qarabağa səfərindən sonra Azərbaycan Xarici İşlər Nazirliyinin "qara siyahı"sına salınmasına münasibət bildirib.
BAKU.WS xəbər verir ki, o, Azərbaycan Xarici İşlər Nazirliyinin "arzuolunmaz şəxslər" siyahısı ilə yeni tanış olduğunu və burada öz adı ilə rastlaşdığını bildirib.
"Azərbaycan Xarici İşlər Nazirliyi özünün yeni "arzuolunmaz şəxslər" siyasını tərtib edib. Mən o sihahıda öz adımı da gördüm. Məndən başqa orada daha 663 şəxsin adı da yer alıb. Belə ki, Gürcüstan, Macarıstan, Almaniya Federativ Respublikası, Amerika Birləşmiş Ştatları, Avstraliya İttifaqı, İsveçrə Konfederasiyası, Uruqvay Şərq Respublikası, Belçika Krallığı və başqa ölkələrin də nümayəndələri bu "qara siyahı"ya düşüb".
Daha sonra bloger Bakıya səyahətini hələ ki, təxirə saldığını əlavə edib.
Bundan sonra Nosik bir qədər də irəli gedərək böyük iddialarla çıxış edib.
"Bakıya səfərimi isə bir müddətlik təxirə salmalı oluram. Nə qədər ki, Azərbaycan adında anlaşılmazlıq dünyanın siyası xəritəsindən silinənə qədər".
Qeyd edək ki, Anton Nosik bu ilin martında Beynəlxalq Blogerlər forumu çərçivəsində, Aleksandr Lapşinin Azərbaycana ekstradisiyasından sonra Dağlıq Qarabağa səfər edib. Görünür həmkarı Aleksandr Lapşinin taleyi A. Nosik üçün dərs olmayıb. Yoxsa o belə başından böyük açıqlamalar verməzdi.
Anton Nosikin verdiyi açıqlamaya polistoloq Elxan Şahinoğlu münasibət bildirib:
"İndi hər yerindən duran bir blog yaradır olur bloqer. Erməni separatçıları ilə əlaqələr qurur və Azərbaycan əleyhinə açıqlamalar verir. Hər bloqerə də cavab vermək lazım deyil. Əgər Azərbaycan Xarici İşlər Nazirliyi bu haqda açıqlama versə onu yüksək dəyərləndirmiş olarıq. Əsas odur ki, qeyri-qanuni Dağlıq Qarabağa səfər edibsə adları "qara siyahı"ya salınıb. Onlar Azərbaycana gələ bilmirlər. O Rusiyada oturub Azərbaycan haqqında yazılar yazır. O qədər Azərbaycanın əleyhinə yazanlar var ki, onların hər birinə reaksiya verməyimiz düzgün olmaz. O, bloqerin özünü heç Rusiyanın özündə tanımırlar. Rusiyanın hər hansı tanınmış siyasətçisi bu cür açıqlama vermiş olsaydı ona cavab vermək olardı. Onun bu cür yazısına öz statusu səviyyəsində şəxs, hansısa bir blogerimiz cavablandırmalıdır.
Xatırladaq ki, A.Lapşin "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında", "Pasportlar haqqında" Azərbaycan Respublikasının qanunlarının tələblərini kobud surətdə pozaraq ölkəmizin mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda keçərək 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında işğal altındakı ərazilərimizə daxil olub. O, qanunsuz rejimin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə özünün "http//puerrtto.livejournal.com" internet səhifəsində səyahət etdiyi dövlətlər arasında Azərbaycan və Ermənistan ilə yanaşı, Dağlıq Qarabağı da müstəqil dövlət kimi qeyd etməklə, həmçinin 2016-cı il 6 aprel və 29 iyun tarixli müraciətlərində işğal altındakı ərazilərimizdə qanunsuz fəaliyyət göstərən rejimin "müstəqilliyini" dəstəkləməklə Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edib.
A.Lapşinin hərəkətlərində dövlət əleyhinə yönələn açıq çağırışlar və dövlət sərhədini qanunsuz olaraq keçmə əməllərinin tərkib əlamətləri olduğundan Baş Prokurorluğun ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb və barəsində dövlətlərarası axtarış elan edilib.
A.Lapşin Azərbaycan tərəfinin tələbi ilə dekabrın 14-də Belarus Respublikası hüquq mühafizə orqanlarının həyata keçirdikləri tədbirlər nəticəsində saxlanılıb.
Aynur Ələkbərova
BAKU.WS
Oxşar xəbərlər
Gürcü jurnalist Azərbaycanın “qara siyahı"sına salındı
Gürcü jurnalist Azərbaycanın "qara siyahı"sına salındı. Azərbaycanın Xarici İşlər Nazirliyi daha bir jurnalistin adını "qara siyahı”ya salıb. BAKU.WS Xarici İş...