Azərbaycanlıları qəzəbləndirən Monserrat Kabalye tutuldu

Azərbaycanlıları qəzəbləndirən Monserrat Kabalye tutuldu
Şou-biznes 1033

 

İspan operasının divası Monserrat Kabalye 6 ay azadlıqdan məhrum edilib.

BAKU.WS məlumat verir ki, müğənninin həbsinə səbəb vergi borcları olub. Opera ifaçısının yarım milyon avroyadək borcu olduğu bildirilir. Monserrat daha əvvəl günahını etiraf etməyib, 2010-cu ilədək real gəlirlərini gizlətsə də, sonuncu iclasda məhkəmədə irəli sürülən iddialarla barışmalı olub. Kabalye 6 ay həbs cəzası ilə yanaşı, 240 min avro məbləğində cərimə də ödəyəcək.

Qeyd edək ki, Monserrat Kabalye Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində səfər etdiyi üçün Azərbaycan Xarici İşlər Nazirliyinin "qara siyahı"sına salınıb.

BAKU.WS

Son xəbərlər