Boka Saakyan Avropanı aldadıb şengen vizası alıb
"Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təmsilçisi kimi özünü təqdim edən Bako Saakyan adlı şəxsin Brüsselə getməsi mahiyyət etibarilə turist səfərindən başqa bir şey deyil".
BAKU.WS-in məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
H.Hacıyevin sözlərinə görə, Brüsseldə olduğu dövrdə Bako Saakyan adlı şəxs Belçika parlamentinin Ermənistan üzrə dostluq qrupunun rəhbəri El van Hoof, yerli Flamand qanunverici orqanının üzvü və köhnə dostu Karl Vanlouve ilə fərdi əsasda görüşüb. Radikal təfriqəçi və islamofob baxışlara malik olan Karl Vanlouve dəfələrlə Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edib və buna görə də arzuolunmaz şəxslər siyahısına daxil edilib.
"Azərbaycanın Belçika Krallığındakı səfirliyinin etirazına cavab olaraq Belçika parlamenti və Flamand qanunverici orqanından bu görüşlərin heç bir halda rəsmi xarakter daşımadığı və yalnız şəxsi əsasda baş tutduğu bildirilib".
Mətbuat katibi bildirib ki, Ermənistan Respublikasının diplomatik pasportu ilə hərəkət edən Bako Saakyan adlı şəxs Şengen vizasının alınması prosesində öz şəxsiyyəti və daimi yaşayış ünvanı haqqında yanlış məlumat verir. "Narazılıq doğuran hal odur ki, "Şərq Tərəfdaşlığı” proqramında iştirak edən digər ölkələrin timsalında Şengen vizasının alınması prosesində bu kimi fərdlərə qarşı səfər sanksiyası tətbiq edildiyi halda saxta sənədlər təqdim etməsinə və yanlış məlumat verməsinə baxmayaraq, Bako Saakyana Şengen vizası rəsmiləşdirilir.
Bu, bir daha onu sübut edir ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Vyanada prezidentlər səviyyəsində keçirilmiş görüşdən sonra münaqişənin həlli üzrə substantiv danışıqlara başlamaq və qəbuledilməz olan status-kvonun dəyişdirilməsi üçün addımlar atmaq əvəzinə Ermənistan tərəfi bu kimi təxribatçı əməllərlə münaqişənin danışıqlar yolu ilə həllinə yenə də xələl gətirməyə çalışır".
BAKU.WS
Oxşar xəbərlər
Rusiyalı müğənni Azərbaycandan üzr istədi
Rusiya Federasiyasının vətəndaşı, müğənni, "Чай вдвоём" qrupunun keçmiş üzvü və "A-Dessa" layihəsinin yaradıcısı Stanislav Mixayloviç Kostyuşkin Azərbaycan Xari...