Qarabağa görə Ermənistan cəzalandırıldı

Qarabağa görə Ermənistan cəzalandırıldı
Siyasət 6119

Eyni gündə iki beynəlxalq təşkilat İrəvana qarşı bəyanat səsləndirib.

Avropa Birliyi (AB) ölkələri Ermənistana əvvəlcədən razılaşdırılmış 15 milyon avronu verməkdən imtina edib.

BAKU.WS-in ANS PRESS-ə istinadən verdiyi məlumata görə , AB təmsilçiləri razılaşmanın pozulmasını Ermənistanda «korrupsiyaya qarşı real mübarizənin olmaması» ilə əsaslandırsa da, ölkə rəhbərliyinin təmsilçiləri Avropanın bu addımını Qarabağ münaqişəsi ilə əlaqəli olduğunu bildirirlər. 

Avropa ölkələrinin bu qərarını AB-nin Ermənistandakı səfiri Pyotr Svitalski bu gün İrəvanda korrupsiya və vətəndaşın ictimai-siyasi həyatda iştirakı ilə bağlı keçirilmiş "Hökumət - vətəndaş cəmiyyəti" forumu çərçivəsində elan edib: "Biz əminik ki, Ermənistan vətəndaşları da hökumətdən real fəaliyyət və nəticələr gözləyirlər. Biz hakimiyyət üçün vəsait ayırdıq, … onlar hələ paylanmayıblar və istifadə edilməyiblər. Bundan əlavə, əgər biz konkret addımlar görməsək, həmin pullar son ünvana çatmayacaq".

Avropalı diplomat Ermənistan baş naziri Ovik Abramyanın Ermənistan  iqtisadiyyatında inhisarçılığın rolunun güclənməsi barədə dünən etdiyi çıxışı xatırladıb. Mayın 12-də hökumət iclasında çıxış edən Ermənistan baş naziri dördgünlük aprel döyüşlərinin ölkənin problemlərini ortaya çıxardığını bildirib. Ovik Abramyan həmin problemlər sırasında korruprsiyaya qarşı mübarizənin yetərincə olmamasını, ordunun çağdaş tələblərə cavab verməməsini və s. bildirmişdi, Pyotr Svitalski də Ermənistanda korruprsiyaya qarşı mübarizənin yetərincə olmamasını göstərmək üçün baş nazirin bu çıxışına istinad edib.

Lakin Ermənistan rəsmiləri Pyotr Svitalskinin əsas kimi göstərdiyi bu arqumentlə razılaşmırlar. Elə Ovik Abramyanın rəhbərliyi ilə ötən il yaradılmış koorusi ya ilə mübarizə şurasının adının açıqlanmasını istəməyən üzvü Rusiyanın «Kolokol Rossii» portalına bildirib ki, Avropa Birliyinin kreditdən imtinasının kökündə Ermənistan parlamentində Dağlıq Qarabağın müstəqilliyinin tanınması məsələsinin qaldırılması, həmçinin Ermənistan Silahlı Qüvvələrinin Qarabağ miünaqişəsində iştirakı durur. Yəni Avropa Birliyi Ermənistanın bu addımlarına qarşı çıxır. 

Maraqlıdır ki, həmin tədbirdə korrpusiyaya qarşı mübarizə üzrə beynəlxalq«Transparency International» təşkilatının nümayəndəsi Varujan Oktanyan da çıxış edərək aprel döyüşlərindən danışıb: «Əgər belə davam edəcəksə, bu, dövlət müstəqilliyinin itirilməsi ilə nəticələnəcək. Aprel müharibəsi bunu göstərdi».

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər