Ermənistan İsrail silahından imtina etdi

Ermənistan İsrail silahından imtina etdi
Hadisə 2632

 

Ermənistan İsrail silahından imtina edib. 

BAKU.WS-in məlumatına görə, bunu Ermənistan müdafiə nazirinin müavini David Tonoyan bildirib. Onun sözlərinə görə, silah satışı ilə bağlı Ermənistana qarşı müəyyən siyasi məhdudiyyətlər var. Avropa Birliyi ölkələri, ABŞ Ermənistana silah satışını məhdudlaşdırır.

Tonayan bildirir ki, Ermənistan ordusu 1980-ci il istehsalı olan silahlarıyla vuruşur. Ermənistan müdafiə nazirinin müavini İsraildən silah almayacaqlarını söyləyib. Buna əsas kimi isə Azərbaycana silah satışı əsas gətirilir. Tonayan qeyd edir ki, hələ bir müdddət öncə İsrail Ermənistana PUA almağı təklif edib. Ancaq Ermənistan bu texnikanın baha olduğunu bildirərək silah alışından imtina edib. 

Ermənistan tərəfi 5 hərbi müqavilə imzalandığını bildirsə də, hansı ölkələrdən silah alınacağı ilə bağlı dəqiq məlumat verilməyib. 

BAKU.WS

Son xəbərlər