Prezident Qarabağda yol çəkilişi üçün 5 milyon manat ayırdı

Prezident Qarabağda yol çəkilişi üçün 5 milyon manat ayırdı
Siyasət 4715

Prezident İlham Əliyev Füzuli rayonunun Birinci və On birinci Qayıdış qəsəbələrarası avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. 

 

BAKU.WS-in məlumatına görə, sərəncamda deyilir: 

 

"1. On iki min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Birinci və On birinci Qayıdış qəsəbələrarası avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində "Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 5,1 milyon (beş milyon bir yüz min) manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni və tikinti işlərini müəyyən olunmuş qaydada təmin etsinlər".

Şahin Həbibov

BAKU.WS

Oxşar xəbərlər

Suraxanı sakinlərinə şad xəbər

Suraxanı sakinlərinə şad xəbər

Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhəri Suraxanı rayonunun Zığ-Əmircan-Yeni Suraxanı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam im...

9974 Sosial 19:32 02 avqust 2016

Son xəbərlər