Prezident İlham Əliyev: Azərbaycanda yüz illərdir ki, milli-mənəvi həmrəylik mühiti hökm sürür
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda yüz illərdir ki, ayrı-ayrı xalqlar və etiqadlar arasında qarşılıqlı hörmət və etimada, mehriban dostluq və qardaşlığa əsaslanan milli-mənəvi həmrəylik mühiti hökm sürür.
BAKU.WS xəbər verir ki, bu fikir Prezident İlham Əliyevin müqəddəs Milad bayramı münasibətilə Azərbaycanın pravoslav xristian icmasına ünvanladığı müraciətdə yer alıb.
"Cəmiyyətimizdə yüksək birgəyaşayış mədəniyyətinin, mənəvi-əxlaqi normaların, multikultural dəyərlərin və dözümlülük prinsiplərinin təbliği və təşviqi həyata keçirdiyimiz dövlət siyasətinin prioritet xəttini təşkil edir", - deyə Azərbaycan Prezidenti bildirib.
Oxşar xəbərlər
Ermənistanın yeni Konstitusiya layihəsi açıqlandı: erməni cəmiyyəti tarixi sınaq qarşısında
Ermənistan hökuməti vəd etdiyi yeni Konstitusiya layihəsini ictimaiyyətə təqdim edib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu, Ermənistan dövlətinin gəl...