Pike-Şakira cütlüyü arasında xəyanət gərginliyi - FOTO

02
iyn
2022
14:36
"Barselona"nın ulduz müdafiəçisi Jerard Pikenin dünyaca məşhur müğənni Şakiranı aldatdığı və ikilinin ayrılmaq qərarına gəldiyi bildirilib.
BAKU.WS xəbər verir ki, ispaniyalı futbolçu müğənnini aldatma iddiaları ilə gündəmə gəlib.
İspaniya mətbuatı təcrübəli futbolçunun komanda yoldaşı Gavinin anası ilə münasibətləri olduğunu yazıb.
İddiaya görə, təcrübəli futbolçunun 17 yaşlı yarımmüdafiəçinin anası ilə uzun müddətdir ki, sevgi münasibəti var imiş. Məhz bunu öyrənən Şakira ondan ayrılmaq haqqında qərar verib.
Qeyd edək ki, cütlük 12 ildir birlikdədir. Onların 2 oğlu var.


Oxşar xəbərlər
Məşhurların xəyanət xəbərinə aydınlıq gəldi - FOTO
Türkiyəli məşhur aktrisa Neslihan Atagülə həmkarı olan həyat yoldaşı Kadir Doğulunun xəyanət etməsi xəbərləri bir müddətdir ki, şou-biznes gündəmində yer alıb....