Müdafiə Nazirliyindən düşmənə sərt CAVAB: "Ordumuz gücünü növbəti dəfə sübut etməyə hazırdır"

Müdafiə Nazirliyindən düşmənə sərt CAVAB: Ordumuz gücünü növbəti dəfə sübut etməyə hazırdır
Siyasət 2075
"Qorxu və səksəkə içində olan ermənilərin gözünə hər yerdə müasir Azərbaycan silahları, o cümlədən tank əleyhinə idarəolunan “Spayk” raket kompleksləri görünür".Bunu BAKU.WS-in sorğusuna cavab olaraq Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər. "Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrədəki görüşündən qısa müddət sonra Azərbaycan əsgərini qətlə yetirən Ermənistan tərəfi cəbhədəki vəziyyətlə bağlı yaydığı növbəti iftira dolu məlumatda öz təxribatlarını ört-basdır etmək və dünya ictimaiyyətinin fikrini törətdikləri cinayətdən yayındırmaq məqsədini güdür.Aprel hadisələrində Azərbaycan əsgəri düşmənə layiq olduğu yeri göstərdi. İndi də Ordumuz arsenalında olan silah və döyüş texnikasını tətbiq etməklə öz gücünü növbəti dəfə sübut etməyə hazırdır", -deyə Müdafiə Nazirliyindən bildirilib.NazimBAKU.WS

Son xəbərlər