Mixalkov, "Besoqon" və dağılmış imperiya mifləri

"Ötən əsrin 60-cı illərinin ortalarında Qərb ölkələrindən olan tədqiqatçı və psixoloqlardan ibarət bir qrup alman cəmiyyətində nasional-sosializm ideologiyasının sürətlə yayılması fenomenini tədqiq edərək, bu ideologiyanın əsas carçısı Yozef Gebbelsin çıxışlarını və yazılı əsərlərini daha ətraflı öyrənməyi qarşılarına məqsəd qoydular. Yüzlərlə cildlik arxiv materialları qaldırıldı, minlərlə sənəd təhlil edildi. Alimləri maraqlandıran məqam o idi ki, almanlar kimi böyük bir xalq mağara düşüncəli nasist vakxanaliya vəziyyətinə necə düşdü və gələcəkdə bunun təkrarlanmasının qarşısının necə almaq olar".
BAKU.WS xəbər verir ki, bu barədə Caliber.Az-ın "YouTube" kanalının növbəti analitik videomaterialında bəhs edilib.
Material Nikita Mixalkovun "Besoqon TV" verilişinin son buraxılışlarından birinə həsr olunub.
Müəlliflər gözəl söylənilən nitqin, artistizmin və zahirən "mədəni" təqdimatın arxasında ideoloji konstruksiyaların necə gizləndiyini ətraflı müzakirə ediblər, hansı ki, burada mədəniyyət dağılmış imperiyanın ruhu ilə hopmuş miflərin yayımı üçün ancaq üz qabığına çevrilir.
Mixalkovun Azərbaycana səfəri ilə bağlı açıqlamalarına xüsusi diqqət yetirilib. Eyni zamanda, o, ev sahibi olan tərəfdən 50 min dollar məbləğində qonorar istəyib və indi bu barədə susur. Məhz Bakıda Mixalkov Prezident İlham Əliyev ilə görüşə nail ola bilib və bu görüş zamanı "təsadüfən" Vladimir Putinlə birbaşa əlaqə yaradıb. Bu gün bu epizod tamamilə fərqli kontekst alır - xüsusən də sonuncu "Besoqon"da Qarabağın işğaldan azad edilməsi ilə Rusiyanın Ukraynadakı hərəkətləri arasında qəbuledilməz müqayisələr aparıldıqdan sonra.
Daha ətraflı videosüjetdə:
Oxşar xəbərlər
Azərbaycan və Pakistan arasında hərbi əməkdaşlıq müzakirə olunub
Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Azərbaycanda səfərdə olan Pakistanın Hərbi Dəniz Qüv...