Mikayıl Cabbarov "SpaceX" şirkətinin vitse-prezidenti ilə görüşüb
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov ABŞ-də "SpaceX" şirkətinin vitse-prezidenti xanım Stefani Bednareklə görüşüb.
BAKU.WS xəbər verir ki, bu barədə nazir "X" hesabında paylaşım edib:
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ABŞ-yə işgüzar səfəri çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəflə birlikdə "SpaceX" şirkətinin vitse-prezidenti xanım Stefani Bednareklə görüşdük. Görüşdə Azərbaycanın iqtisadi potensialı, strateji inkişaf istiqamətləri və əlverişli investisiya mühitini qeyd etdik. "SpaceX" şirkəti ilə əməkdaşlıq perspektivləri, o cümlədən innovativ və kosmik texnologiyaların, süni intellekt həllərinin tətbiqi, bilik və təcrübə transferi sahəsində tərəfdaşlıq imkanlarını müzakirə etdik".
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin (@azpresident) #ABŞ-yə işgüzar səfəri çərçivəsində #SOCAR-ın prezidenti Rövşən Nəcəflə (@RovshanNajaf) birlikdə "SpaceX" şirkətinin vitse-prezidenti xanım Stefani Bednareklə (@SRBednarek) görüşdük.
— Mikayil Jabbarov (@MikayilJabbarov) August 8, 2025
Görüşdə Azərbaycanın… pic.twitter.com/VOLalfaaNX
Oxşar xəbərlər
Bakı və London arasında mühüm razılaşma! Qlobal məsələlərdə koordinasiya dərinləşəcək
Azərbaycan Prezidenti İlham Əliyev və Böyük Britaniyanın Baş naziri Endi Börnhem Dublində iki dövlət arasında strateji tərəfdaşlığa dair bəyannaməyə imza atıbla...