Məmmədyarov Mnatsakayandan öncə həmsədrlərlə görüşdü

20
iyn
2019
10:07
Xarici işlər naziri Elmar Məmmədyarov Vaşinqtonda ATƏT-in Minsk qrupu həmsədrləri Stefan Viskonti, Endryu Şöfer və İqor Popovla görüşüb.BAKU.WS xəbər verir ki, bu barədə XİN-in mətbuat katibi Leyla Abdullayeva öz "Twitter" səhifəsində yazıb.Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib.Həmsədrlər daha əvvəl Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanla görüşüblər. Bu gün həmsədrlərin iştirakı ilə Vaşinqtonda Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü olacaq.
Oxşar xəbərlər
Elmar Məmmədyarov Con Boltonla görüşüb
Xarici işlər naziri Elmar Məmmədyarov Vaşinqtona səfəri çərçivəsində ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonla görüşüb.Bu barədə XİN-in m...
