Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşəcəyi tarix açıqlanıb
03
dek
2018
11:26
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşəcəyi tarix açıqlanıb.Azərbaycan XİN-nin mətbuat xidmətindən BAKU.WS-ə bildirilib ki, ATƏT-in Nazirlər Şurasının 25-ci sessiyasında iştirak edən Azərbaycan Respublikası xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan Respublikası xarici işlər nazirinin vəzifəsini icra edən Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk qrupunun həmsədrlərinin (İqor Popov – Rusiya Federasiyası, Stefan Viskonti – Fransa və Əndrü Sxofer – ABŞ) vasitəçiliyi ilə dekabrın 5-də Milanda görüş keçiriləcək. Görüşdə ATƏT-in Fəaliyyətdə olan Sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşik də iştirak edəcək.Görüş əsnasında Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq.BAKU.WS
Oxşar xəbərlər
Qarabağın aqibəti ilə bağlı mühüm görüş gözlənilir
Azərbaycan və Ermənistan XİN rəhbərləri Elmar Məmmədyarovla Zöhrab Mnatsakanyan ilin sonuna qədər yenidən görüşəcək. BAKU.WS Ermənistan mətbuatına istinadən xəb...