Qarabağın aqibəti ilə bağlı mühüm görüş gözlənilir
02
okt
2018
15:40
Azərbaycan və Ermənistan XİN rəhbərləri Elmar Məmmədyarovla Zöhrab Mnatsakanyan ilin sonuna qədər yenidən görüşəcək. BAKU.WS Ermənistan mətbuatına istinadən xəbər verir ki, Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan bu gün İrəvanda keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən belə deyib.O, deyib ki, böyük ehtimalla, ilin sonuna kimi XİN rəhbərlərinin görüşü baş tutacaq.Xatırladaq ki, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Zohrab Mnatsakanyan sonuncu dəfə sentyabrın 26-da Nyu-Yorkda görüşüb. Tərəflər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesini müzakirə ediblər. Görüş ATƏT-in Minsk Qrupu həmsədrləri İqor Popov (Rusiya Federasiyası), Stefan Viskonti (Fransa) və Endrü Sxofer (ABŞ) vasitəçiliyi ilə BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində baş tutmuşdu. Görüşdə, həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kaspşik də iştirak edib.BAKU.WS
Oxşar xəbərlər
Dağlıq Qarabağla bağlı vacib görüş 11 iyula təyin edildi
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanın 11 iyul tarixində Brüsseldə görüşü ke...