Dağlıq Qarabağla bağlı vacib görüş 11 iyula təyin edildi
09
iyl
2018
15:24
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanın 11 iyul tarixində Brüsseldə görüşü keçiriləcək. Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) BAKU.WS-ə daxil olan məlumata görə, görüş ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya Federasiyası), Stefan Viskonti (Fransa) və Endrü Sxoferun (ABŞ) vasitəçiliyi ilə baş tutacaq.Məlumata əsasən, görüşdə ATƏT-in Fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik də iştirak edəcək. Görüş zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq.BAKU.WS
Oxşar xəbərlər
Qarabağ münaqişənin həllinə dair həmsədrlərdən yeni təklif
Krakov görüşündə həmsədrlər tərəfindən münaqişənin həlli ilə əlaqədar bir sıra kreativ fikirlər irəli sürülüb.BAKU.WS-in məlumatına görə, bunu Krakov görüşünün...