Madonna ağrılarını gizlətdiyi üçün XƏSTƏXANALIQ OLUB - FOTO
Popun kraliçası Madonnanın xəstəxanaya yerləşdirilməzdən əvvəl səhhətində xeyli problem yaşadığını lakin bunu gözardı etdiyi üzə çıxıb.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, sənətçi konsert turları zamanı sevənlərinə mükəmməl performans bəxş etmək istədiyindən səhnədə gecə-gündüz məşq edib.
Səhhəti imkan verməyən Madonnanın yavaş-yavaş ağrıları yaranmağa başlayıb. Lakin ifaçı turu təxirə düşməsin deyə bunu ətrafındakı hərkəsdən gizlədib.
Yaxınlarından biri bu barədə "People" jurnalına müsahibəsində bildirib:
"Bu ağrıların zamanla keçəcəyini düşünərək bir müddət məhəl qoymayıb. Məşqələrə heç ara vermirdi. Çox yorğun idi və o, bu səfərə 100 faiz hazır deyildi. Həmişə ən yaxşı olmaq, pərəstişkarlarını təəccübləndirmək və əvvəllər olmayan bir şou yaratmaq üçün yorulmadan çalışmışdı".
Qeyd edək ki, 64 yaşlı Madonna bir müddət əvvəl infeksiyaya yoluxduğundan xəstəxanaya yerləşdirilmişdi.
Oxşar xəbərlər
Ciddi infeksiyaya yoluxan 64 YAŞLI MÜĞƏNNİ EVƏ BURAXILDI - FOTO
Məşhur müğənni Madonna bir neçə gün əvvəl infeksiyaya yoluxduğundan xəstəxanaya yerləşdirilmişdi. BAKU.WS xaici KİV-ə istinadən xəbər verir ki, sənətçi bir neç...