İlon Maskın anası ona Zukerberqlə döyüşməyi qadağan etdi - FOTO

İlon Maskın anası ona Zukerberqlə döyüşməyi qadağan etdi - FOTO
Siyasət 134

"SpaceX", "Tesla" və tvitter sosial şəbəkəsinin sahibi İlon Maskınanası Mey Mask oğlunun Meta şirkətinin rəhbəri Mark Zukerbreqlə MMA qaydalarına uyğun döyüşünü ləğv etdiyini açıqlayıb.

BAKU.WS-in xəbərinə görə, o, bu barədə öz tvitter səhifəsində yazıb.

"Əslində döyüşü ləğv etdim. Amma o, hələ onlara deməmişəm. Amma hər ehtimala qarşı döyüşün ləğv olunduğunu deməyə davam edəcəyəm...", - Mey Mask bildirib.

Bundan əvvəl milyarderin anası da "sözlə" mübarizə aparmağı təklif etmişdi.

Xatırladaq ki, İlon Mask Mark Zukerberqi rinqdə döyüşməyə dəvət etmişdi.

Son xəbərlər