Səudiyyə şahzadəsi İlon Maskın təklifini rədd etdi - FOTO
“Twitter”in ən böyük səhmdarlarından biri olan Səudiyyə şahzadəsi Əl-Valid bin Talal Əl Səud “Tesla” və “SpaceX”in yaradıcısı, planetin ən varlı adamı İlon Maskın sosial şəbəkənin səhmlərinin 100%-ni almaq təklifini rədd edib.
BAKU.WS "oxu.az"a istinadən xəbər verir ki, səudiyyəli şahzadə bu barədə öz “Twitter” hesabında yazıb:
“Mən inanmıram ki, Maskın təklif etdiyi qiymət şirkətin inkişaf perspektivlərini nəzərə alaraq “Twitter”in həqiqi dəyərinə yaxındır. Twitter-in ən böyük və ən uzunmüddətli səhmdarlarından biri kimi mən bu təklifi rədd edirəm”.
Qeyd edək ki, Amerikanın elektrik avtomobil istehsalçısı “Tesla”nın baş direktoru İlon Mask “Twitter”i 41 milyard dollara almaq təklifi ilə çıxış edib.
I don't believe that the proposed offer by @elonmusk ($54.20) comes close to the intrinsic value of @Twitter given its growth prospects.
— الوليد بن طلال (@Alwaleed_Talal) April 14, 2022
Being one of the largest & long-term shareholders of Twitter, @Kingdom_KHC & I reject this offer.https://t.co/Jty05oJUTk pic.twitter.com/XpNHUAL6UX
Oxşar xəbərlər
İlon Mask Ramzan Kadırova cavab verdi - FOTO
İlon Mask özünün “Twitter” səhifəsində Ramzan Kadırovun təklifinə cavab verib. BAKU.WS "oxu.az"a istinadən xəbər verir ki, iş adamı Çeçenistan rəhbərinə təklifə...