İlon Maskın anası Ukraynada partladılan teleqüllədən yazdı - FOTO

İlon Maskın anası Ukraynada partladılan teleqüllədən yazdı - FOTO
Foto
Siyasət 269

“Tesla” və “SpaceX” şirkətlərinin yaradıcısı İlon Maskın anası Mey Mask Ukrayna ilə bağlı paylaşım edib.

BAKU.WS xəbər verir ki, o, sosial şəbəkədə martın 1-də Rusiya ordusu tərəfindən partladılan Kiyev teleqülləsinin fotosunu yayımlayıb.

Mask paylaşımına bunları əlavə edib:

"2017-ci ildə Kiyevdə bu teleqüllədə verilişlərdən birində qonaq olmuşdum. Hazırda isə bu məkan bombalanıb. İnternet xidmətini vaxtında bərpa etdiyinə görə İlona və “SpaceX”ə təşəkkür edirik".

Mey bu sözləri "Ukraynada müharibəni dayandırın" həştəqi ilə paylaşıb.

Son xəbərlər