İlham Əliyev Ərdoğanla görüşdü

İlham Əliyev Ərdoğanla görüşdü
Siyasət 1563
 

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və ölkəmizə işgüzar səfərə gələn Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü olub.

BAKU.WS xəbər verir ki, görüşdə ölkələrimiz arasında strateji tərəfdaşlığa əsaslanan dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edildi. Yüksək səviyyəli görüşlərin əməkdaşlığın inkişafı baxımından önəmi vurğulandı. Əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə əminlik bildirildi. Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun əhəmiyyəti vurğulandı və bu tədbirin beynəlxalq əməkdaşlıq işinə töhfə verdiyi bildirildi.

Söhbət zamanı ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparıldı.

BAKU.WS

Oxşar xəbərlər

İlham Əliyev ABŞ-da Qarabağdakı vəziyyəti müzakirə etdi

İlham Əliyev ABŞ-da Qarabağdakı vəziyyəti müzakirə etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 1-də Vaşinqtonda ABŞ dövlət katibinin müavini Tomas Şennon ilə görüşüb. BAKU.WS xəbər verir ki, görü...

1109 Siyasət 15:15 02 aprel 2016

Son xəbərlər