İlham Əliyev bank rəhbəri ilə görüşdü
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 21-də Davosda Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabarti ilə görüşü olub. BAKU.WS-in məlumatıan görə, görüşdə Azərbaycan ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında əməkdaşlığın səviyyəsi yüksək qiymətləndirildi, ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar barədə fikir mübadiləsi aparılıb.
Azərbaycan ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında əməkdaşlığın daha da dərinləşdirilməsi üçün böyük potensialın olduğu vurğulandı, bu baxımdan yeni imkanlar müzakirə edilib. Ziya Babayev
BAKU.WS
Oxşar xəbərlər
Davosda İlham Əliyev və Davudoğlu arasında səmimi söhbət (VİDEO)
Prezident İlham Əliyevin yanvarın 20-də Davosda Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğlu ilə görüşü olub. BAKU.WS-in məlumatına görə, baş nazir Əhməd...