Prezident İlham Əliyev azərbaycanlı milyarderlə görüşdü
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Davosda Rusiyanın "LUKOIL” şirkətinin prezidenti Vahid Ələkbərov ilə görüşüb. BAKU.WS-in məlumatına görə, görüşdə qeyd olundu ki, "LUKOIL” şirkəti iyirmi ildən artıqdır Azərbaycanda uğurla fəaliyyət göstərir və etibarlı tərəfdaşdır. "LUKOIL” şirkəti uğurla icra edilən "Şahdəniz” layihəsinin iştirakçısıdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə "LUKOIL” arasındakı əməkdaşlıq artıq yeni sahələri əhatə edir. Söhbət zamanı Azərbaycan ilə "LUKOIL” şirkəti arasında əməkdaşlığın perspektivlərinə dair məsələlər müzakirə olundu. BAKU.WS
Oxşar xəbərlər
İlham Əliyev ABŞ-ın Milli Təhlükəsizlik Şurasının rəsmisi ilə görüşdü
Prezident İlham Əliyev ABŞ-ın Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Çarlz Kapçanı qəbul edib. BAKU.WS-in məlumatına görə, görüşdə Azərbaycan-...