Davosda İlham Əliyev və Davudoğlu arasında səmimi söhbət (VİDEO)
Prezident İlham Əliyevin yanvarın 20-də Davosda Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğlu ilə görüşü olub.
BAKU.WS-in məlumatına görə, baş nazir Əhməd Davudoğlu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamını dövlətimizin başçısına çatdırdı.
Görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə yüksək səviyyədə inkişafından məmnunluq ifadə olundu. Yüksək səviyyədə mütəmadi görüşlərin əməkdaşlığımızın genişləndirilməsi baxımından əhəmiyyəti qeyd edildi. Beynəlxalq səviyyəli tədbirlərdə Azərbaycanın və Türkiyənin birgə iştirakının önəmi vurğulandı.
Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Prezident İlham Əliyev Türkiyə dövlətinin başçısının salamına görə minnətdarlığını bildirdi, onun da salamını Prezident Rəcəb Tayyib Ərdoğana çatdırmağı xahiş etdi.
BAKU.WS
Oxşar xəbərlər
İlham Əliyev ABŞ-ın Milli Təhlükəsizlik Şurasının rəsmisi ilə görüşdü
Prezident İlham Əliyev ABŞ-ın Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Çarlz Kapçanı qəbul edib. BAKU.WS-in məlumatına görə, görüşdə Azərbaycan-...